Sürücüsü sərxoş olan “Shacman” avtobusa çırpıldı: yaralılar var - FOTO

Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi Aeroport yolunda baş verib. “Shacman” yük avtomobili 184 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb. Qəza nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Xəsarət alanlar ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıblar. Xəsarət alanlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Shacman” yük maşının sürücüsünün sərxoş olması olub. Sürücü hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən içki müayinəsinə aparılıb. Qəza nəticəsində “Shacman” yük maşının kabinəsi ciddi deformasiyaya uğrayıb. Qəzadan sonra nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə cəlb olunmuş əlavə polis qüvvəsi sıxlığı qısa müddət ərzində aradan qaldırıb.
Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO

















