Sürücüsüz avtobus qəzaya uğradı, xəsarət alan var

Yaponiyada sürücüsüz avtobus yolun kənarındakı ağaca çırpılıb, azı bir nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə NHK teleradio şirkəti məlumat yayıb.
Hadisə Xatiodzi şəhərində yeni sürücüsüz texnologiyanı yoxlamaq məqsədi daşıyan sınaq reysi zamanı baş verib. Avtobusda 10-a yaxın sərnişin olub, onlardan biri yüngül xəsarət alıb, o, xəstəxanaya çatdırılıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
"110 nömrəsinə Xatiodzi şəhərinin Takao rayonunda Kosyu-Kaido küçəsi ilə gedən avtobusun sərnişinindən sürücüsüz avtobusun qəzaya uğraması barədə məlumat daxil olub", - məqalədə deyilir.
Bundan əlavə, Tokio hökuməti avtobusun istismarının "Nishitokyo Bus" şirkətinə həvalə edildiyini bildirib. Avtonom avtobus avqustun 23-dən 31-dək sınaqdan keçiriləcək.
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO












