Sürüşən avtovağzalda SON VƏZİYYƏT

Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri yekunlaşmaq üzrədir.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum rəsmisi bildirib ki, ərazidə bərkitmə işləri "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə "Evrascon" şirkəti tərəfindən aparılır: "Bu günə qədər həmin ərazidə yamacın bərkidilməsi istiqamətində kifayət qədər iş görülüb. Yamacın yuxarı hissəsində 16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 ədəd istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb. Yəni divar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub".
Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yoldakı sürüşmənin də qarşısının alındığını deyən A.Nəcəfli bildirib ki, yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb: "Yer bir-neçə yerdən 20-30 metr dərinlikdə deşilib, ora beton məhlul tökülüb. Bundan başqa, mövcud istinad divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1200 millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub. Hazırda yamacın aşağı hissəsində bu istiqamətdə işlər davam etdirilir. Belə ki, 16 metr uzunluğunda və 8 seksiyadan ibarət istinad divarlarının tikintisi aparılır. Buna paralel olaraq ərazidə aparılan svay vurma işləri də yekunlaşır. Ümumilikdə əraziyə 96 svay vurulacaq".
A.Nəcəfli qedy edib ki, sözügedən ərazidə bərkitmə işlərinin may ayının sonu, iyun ayının birinci ongünlüyündə yekunlaşdırılması gözlənilir.
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO










