Sürüşkən yol, yüksək sürət və ağır nəticə: 2 nəfər öldü - REAL VİDEO

Bu gün saat 08:35-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən keçən avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsinin anbaan görüntüsü yayılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.
"MAN markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib və qarşıdan gələn "Toyota" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itiriblər, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır", - qeyd edilib.
Məlumata görə, təhlillər göstərir ki, yolun sürüşkən olduğu hava şəraitində nəqliyyat vasitələrinin tormozlanma məsafəsi əhəmiyyətli dərəcədə artır, idarəetmə çətinləşir və kəskin manevrlər qəza riskini ciddi şəkildə yüksəldir. Belə hallarda sürət rejiminin pozulması, eləcə də nəqliyyat vasitəsinin texniki vəziyyətinə lazımi nəzarətin edilməməsi ağır nəticələrə səbəb olur:
"Yağışlı və sürüşkən yol şəraitində sürücülər:
- hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli;
- kəskin və riskli manevrlərdən çəkinməli;
- nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasını, xüsusən də təkərlərin mövsümə uyğun seçilməsini təmin etməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizlik, yol və hava şəraitinin düzgün qiymətləndirilməməsi kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücüləri bu acı hadisələrdən düzgün nəticə çıxarmağa çağırır".
Qadın sürücü “Range Rover”i aşırdı - VİDEO
Beyləqanda AĞIR QƏZA: "Hyundai" idarəetmədən çıxaraq AĞACA ÇIRPILDI - VİDEO
Babək prospektində moped evakuatora çırpıldı - VİDEO
Bakıda yol təmiri tıxaca səbəb oldu - FOTOLAR
Ankarada iki avtomobil toqquşub, ölənlər var
Əsirlikdə ermənilərin qarşısında qorxmayan qazi Amin xəstəxanaya düşdü: "Dua edin" - VİDEO
Şəhərin mərkəzində “07” idarəetmədən çıxıb səkiyə qalxdı - VİDEO
Bakıda QƏZA: Beş avtomobil toqquşdu - VİDEO
"Fənərbaxça” prezidentinin düşdüyü qəzanın ANBAAN VİDEOsu
Polis bayram günlərində baş verən qəzaların görüntülərini yaydı - VİDEO
İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü - YENİLƏNİB










