Banner

Svetofor sönən kimi nişan tanımayan sürücülər qəza törətdi - VİDEO

Qəzalar 19 İyun 2025 09:00 Oxunub 1320
Svetofor sönən kimi nişan tanımayan sürücülər qəza törətdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda svetoforun işləməməsi qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 18-də, paytaxtın Əhməd Rəcəbli küçəsilə Süleyman Sani Axundov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, sözügedən kəsişmədə svetoforun işləməməsi sürücülərdə çaşqınlıq yaradıb. Çox təəssüf ki, bəzi sürücülər hələ də üstünlük nişanlarına əhəmiyyət vermədən hərəkət edirlər. Bu səbəbdən svetoforun işlək vəziyyətdə olmaması onların hərəkətini çətinləşdirir və hətta yolu keçilməz edir.

Qanunvericiliyə görə, nizamlanan yolayrıclarında quraşdırılmış üstünlük nişanları svetofor işləyən zaman qüvvədə olmur. Bu nişanlar məhz svetofor işləməyən zaman qüvvəyə minir. Ona görə sürücülər diqqətli olmalı və yolayrıcı qarşısında quraşdırılmış nişanlara diqqət etməlidirlər.

 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh