Taksi sürücüsü törətdiyi qəzayla müştərisinin ölümünə səbəb oldu - VİDEO
Qəzalar
17 Avqust 2023 21:53
Oxunub 972

Yuxulu halda avtomobil idarə etmək sürücünün qəza törətməsiylə nəticələnib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin qınaq obyektinə çevrilən qəza Çində qeydə alınıb. Videoregistratora anbaan düşən görüntüdən bəlli olduğu kimi, taksi əks yolda dayanmış maşınlarla toqquşub. Belə ki, o, yolun sağ tərəfinə dönmək istəyərkən anidən idarəetməni itirib və maşını işıqforda dayanan nəqliyyat vasitələrinin üzərinə sürüb. Nəticədə öz avtomobili ilə yanaşı 3 maşının yararsız vəziyyətə düşməsinə səbəb olan avtomobildəki sərnişin hadisə yerində keçinib. Həmçinin sürücü və digər avtomobillərdə olan şəxslər ağıe xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













