Taksi sürücüsü yolayrıcında qəza törədib qaçdı: Günah kimdədir? - VİDEO
Qəzalar
7 İyun 2024 16:20
Oxunub 1392
Nərimanov rayonu Ağa Nemətulla küçəsində sürücü qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 5-də saat 14:06 radələrində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 77-CH-821 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olan zaman soldan gələn nəqliyyat vasitəsini vurub.
Zərərçəkmişin iddiasına əsasən, hadisə zamanı avtomobilinin diskinə maddi ziyan dəyib.
Qanunvericiliyə görə, eyni əhəmiyyətli yolların kəsişməsində sağdan gələn nəqliyyat vasitəsi üstünlüyə malikdir. Əgər taksi sürücüsü gələn istiqamətdə yol ver nişanı yoxdursa günah görüntünü qeydə alan sürücüdədir.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR