Taksi sürücüsünün vurduğu piyada ölüb - Göyçayda

Göyçay rayonunda avtomobilin vurduğu 23 yaşlı oğlan ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, ötən gün Göyçay şəhərinin M.Hüseynzadə küçəsində rayonun Mallı-Şıxlı kənd sakini Elsevər Xəlilova məxsus 20-CN-941 dövlət nömrə nişanlı “VAZ 2109” markalı minik avtomobili yolu keçən piyada, Ərəbşahverdi kənd sakini 1993-cü il təvəllüdlü Ağarəhimov Sənan Xanəhməd oğlunu vurub.
Ağır bədən xəsarətləri alan Sənan Ağarəhimov Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırlaşan gəncin müalicəsi üçün Bakıdan həkim dəvət edilib. Xəsarət alan şəxs gecə saatlarında xəstəxanada ölüb.
Hadisəni törədən taksi sürücüsü Elsevər Xəlilov saxlanılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












