Taksiçilərin başına iş gəldi - VİDEO

2011-ci ildə dəhşətli zəlzələ və sunami ilə sarsılan Yaponiyada baş verən paranormal hadisələr ölkədə əsas müzakirə obyektinə çevrilib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, minlərlə insanın öldüyü sahilyanı ərazilərdə ruhların peyda olduğu deyilirdi, bu dəfə isə taksi sürücüləri üzləşdikləri dəhşətli hadisə ilə bağlı danışıb. Bir neçə sürücünün avtomobilində ruh sərnişinlərin peyda olması əlaqədar qurumları da hərəkətə keçirib.
Sürücülərdən birinin ifadəsinə görə, palto geymiş bir qadın onun avtomobilinə əyləşib və Mianmiama stansiyasına sürməyi xahiş edib. Sürücü sərnişinin dediyi yerə çatanda orda xarabalıqdan başqa heç nə olmadığını görüb. Bu vaxt qadının “mən ölmüşəm?” sualını eşidəndə dərhal arxaya baxıb. Oturacaqların boş olduğuna şahid olub.
Başqa bir sürücünün avtomobilinə isə 20 yaşlarında olan bir gənc minib. Maşın ünvana çatar-çatmaz sərnişin qəfildən yoxa çıxıb. Sürücülərin ajiotaj yaratdığını, yalan dediyini düşünən psixoloqlar onlar üzərində araşdırma aparıb. Ruhla qarşılaşdığını deyən 7 sürücünün heç birinin yalan demədiyi üzə çıxıb.
Rəsmi statistikaya əsasən 11 mart zəlzələsində 15 mindən çox insan həlak olub. 40 metr hündürlüyə çatan adalğaların sahildən sonrakı 10 kilometrədək məsafəni yuyub aparmasından sonra, indiyədək itkin düşən minlərlə insandan xəbər tutmaq mümkün olmayıb.
Sumqayıtda qatar "KamAZ"la toqquşdu - YENİLƏNİB
Siyəzəndə sürücü sükan arxasında infarkt keçirdi, maşın kanala aşdı - FOTO
Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri BUZ BAĞLADI: Qəza baş verdi - FOTO
Hərbi təyyarə qəzaya uğradı, əhali kömək əvəzinə səpələnən pulları taladı
Moped və motosiklet qəzalarının əksəriyyəti ölümlə nəticələnir - REAL VİDEO
İsmayıllıda qəzada ölən ər-arvadın FOTOsu
18 yaşlı yeniyetmənin öldüyü "Baku City Karting" yenidən fəaliyyətə başladı - FOTO - VİDEO
Füzulidə “07” traktora çırpıldı - 10-cu sinif şagirdi öldü - FOTOLAR
Hacıqabulda "Ford" dəmir səddə çırpıldı; sıxılı qalan sərnişin belə xilas edildi - VİDEO
“Aygün Mall”un qarşısında ağır qəza – YARALILAR VAR - VİDEO
Sumqayıtda maşın qazıntı sahəsinə düşdü - VİDEO










