Tamamilə əzilən avtomobildən sürücü burnu belə qanamadan sağ çıxdı - VİDEO
Qəzalar
17 Aprel 2024 14:00

Yük maşınının altında qalan avtomobilin sürücüsü qəzadan xilas olub.
Avtosfer.az xəbər verir ki, hadisə Meksikada baş verib. Sürücü idarəetməni itirərək iki yük maşını ilə toqquşub. Toqquşmanın təsirindən avtomobil yük maşınlarından birinin altında qalıb. Qəzadan sonra ətrafdakılar avtomobildə ilişib qalan sürücünü xilas etməyə çalışıb. Tamamilə əzilən avtomobildən xilas edilən sürücünün burnu belə qanamadan, əlində cib telefonu ilə maşından çıxması isə gündəm olub. Bildirilib ki, nəqliyyat vasitəsinin təhlükəsizlik yastıqlarının açılması sayəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücüyə heç bir zərər dəyməyib.Bu da avtomobillərdə təhlükəsizlik funksiyalarının önəmini ortaya qoyub.
Məhəbbət Tərlanoğlu
Oxunub 862
DİGƏR XƏBƏRLƏR
19 Yanvar 2026 22:03
Pedalların yerini səhv salan yaşlı qadın 7 avtomobilə zərər vurdu – 4 nəfər xəsarət aldı - VİDEO
19 Yanvar 2026 16:00
Ara məsafəsinin pozulması zəncirvari qəzaya səbəb oldu - VİDEO
19 Yanvar 2026 15:30
Xaçmazda “VAZ” yoldan çıxaraq aşdı - VİDEO
19 Yanvar 2026 14:30
Ağsu dolaylarında qəza: “Toyota” ilə toqquşan “07” yol kənarına düşdü - VİDEO
19 Yanvar 2026 12:23
Ucarda qəzada boğulub ölən şəxs müəllim imiş - FOTO
18 Yanvar 2026 20:27
Şəkidə ağır qəza: Yaralanan var
18 Yanvar 2026 20:11
Gəncədə "KamAz" avtobusla toqquşdu - Xəsarət alan var
18 Yanvar 2026 10:53
Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO
17 Yanvar 2026 21:25
Qəbələdə buzlu yolda "Rang Rover" yol kənarına aşıb - VİDEO
17 Yanvar 2026 16:06
Naxçıvanda "KIA" avtobusla toqquşdu - Xəsarət alanlar var
17 Yanvar 2026 15:29
Şəmkirdə "VAZ" beton maneyə çırpıldı - FOTO
17 Yanvar 2026 11:00
Avtomobil kanala düşdü - Ölən var
ŞƏRH YAZ











