Tanınmış bloqer və aparat rəhbəri qəzaya düşüb - FOTO

Tanınmış bloqer Mehman Hüseynov avtoqəzaya düşüb. Avtosfer.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı bloqerin özü yayıb: “Səhər tezdən fotoaparatlarımı, avadanlığımı sumkaya yığıb çıxdım rayona. Mənə xəbər eləmişdilər ki, hava pisdir, rayon yolları buzlayıb, bəlkə, bu gün çıxmayasan yola? Amma dəcəllik elədim, dayanmadım, qərara gəldim ki, gedirəm! Gedirdim adını çəkmədiyim gözəl rayonlarımızın birinə. Mindik maşına və yola düşdük. Elə də oldu, rayona gedən yolları buz bağlayıb, maşın bir az özünü pis aparıb deyə sürüşüb ağır avtoqəzaya düşdük. Şükürlər olsun, sürücü və maşında olan digər dostlarım yaxşıdırlar, sağ-salamatdılar. Götürdüyüm kameralar zədələnib, bəziləri isə sınıb”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də həmin qəzaya düşüb. "Report"un xəbərinə görə, hadisə Bakı-Quba yolunun 57-ci kilometrliyində baş verib. Qəzaya səbəb yolun buz bağlaması olub. Belə ki, S.Əsədlinin idarə etdiyi "Opel" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə, daha sonra digər avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ















