Tanınmış bloqerlər Taylandda qəza etdi - VİDEO

Tanınmış azərbaycanlı bloqerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova istirahət üçün getdikləri Taylandda qəza keçirib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda H. Həsənov instaqram hesabında paylaşım edib.
“Əslində bu gün Bakıda olmalı idik. Adadakı son günümüzdə mopedlə qəza etdik. Həyatımda heç belə qorxmamışdım…
Yolda gedirdik və bir anda gözüm qaraldı, oyandım ki moped aşıb, mən bir tərəfdə, Vahid bir tərəfdə qan içində uzanmışıq, hamı ətrafımıza yığılıb, biri su verir, biri əşyalarımı toplamağa kömək edir. Vahid özünü itirmişdi, gözləri bağlı halda, hərəkət edə bilmir. Həmin an ürəyim dayanacaq kimi hiss etdim. Ambulans gəldi, Vahidi təcili əməliyyata apardılar, mənim bədənimin qanını təmizləyib sakitləşdirməyə çalışırdılar. Elə bir şoka girmişdim ki, ayaqlarımı hiss edə bilmirdim, ayağa qalxa bilmirdim, əllərim qıc olmuşdu.
Vahidin isə 9 qabırğasında, körpücük sümüyündə sınıq və çiyində çat var. Çox çətin hərəkət edir, ayağa qalxmaq, yemək yeməyi belə çox çətindir”, - o paylaşımında yazıb.
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO












