Tanınmış xanəndə yol qəzasına düşdü - YENİLƏNİB

Cəlilabad rayonunun Albalan kəndində baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan iki nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlardan 1998-ci il təvəllüdlü şəxsə çənəaltı nahiyənin kəsilmiş, cırılmış yarası, 2007-ci il təvəllüdlü şəxsə isə üst göz qapağının, gözətrafının və sol qulağın kəsilmiş, cırılmış yarası, çanağın küt travması diaqnozu təyin edilib. Hazırda hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə xəstəxanadan bildirilib.
***13:41
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Albalan kəndi ərazisində qeydə alınıb. “Chevrolet Niva” markalı avtomobillə VAZ 2107 markalı avtomobil toqquşub.
“VAZ 2107” markalı avtomobildə olanlardan biri ağır xəsarət alıb. Yaralılar sürücünün əmisi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlər ona ilkin tibbi yardım göstəriblər.
“Chevrolet Niva” markalı avtomobilin sahibi Cəlilabad rayonunun Saatlı kənd sakini, tanınmış xanəndə Füzuli Salmanov ailə üzvləri, azyaşlı övladı da olub.
Faktla bağlı araşdırma aparılır./no.comment
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











