Banner

Tanker bərə ilə toqquşdu; biri yandı, digəri isə batdı - VİDEO

Qəzalar 20 Avqust 2020 18:56 Oxunub 1438
Tanker bərə ilə toqquşdu;  biri yandı, digəri isə batdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çində tanker və bərənin iştirakı ilə ağır qəza baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 20-də yerli saatla 03:39-da Şanxay yaxınlığında, Yantsız çayının mənsəbində qeydə alınıb. Bu barədə Çinin Mərkəzi telekanalı məlumat yayıb.

Məlumata görə, həbsxanaya 3 min ton benzin daşıyan tanker, qırma daş daşıyan bərə ilə toqquşub. Zərbənin təsirindən tanker yanıb, bərə isə batıb.

Hadisədən sonra xilasedicilər, 17 nəfərlik iki ekipaj heyətindən 3 nəfəri xilas edə biliblər.

Qalan 14 nəfərin axtarışları isə davam etdirilir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh