Taxta-şalban yola dağıldı; ağır qəzada 8 nəfər öldü, çoxlu yaralı var - VİDEO

Səkkiz nəfərin öldüyü və çox sayda yaralının olduğu yol qəzası Türkiyənin Çanaqqala şəhərində baş verib. Avtosfer.az xəbər verir ki, mayın 10-da saat 13:00 radələrində Ezine-Çanaqqala avtomobil yolunun Anıtyağ ərazisindən keçən hissəsində Oktay Batırın idarə etdiyi 33-ANK-274 dövlət nömrə nişanlı yük maşını idarəetmədən çıxaraq qarşı zolağa keçib və aşıb. Nəticədə yük yerində olan taxta-şalban yola tökülüb. Bu arada İstanbuldan İzmirə 22 sərnişin və 3 personalla hərəkət edən “Truva Turizm” şirkətinə məxsus 17-AHT-624 dövlət nömrə nişanlı sərnişin avtobusu və əks istiqamətdən gələn 34-DCJ-400 dövlət nömrə nişanlı avtomobil yola dağılan şalbanlara çırpılıb. Zərbənin təsirindən avtobus idarəetmədən çıxaraq kanala aşıb.
Qəza nəticəsində 8 nəfər ölüb, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar. Yaralılardan 15-i xəstəxanadan buraxılıb, 6 nəfərin müalicəsi isə davam etdirilir.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Zığ şosesində hərəkət məhdudlaşdırıldı: SƏBƏB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB











