TƏBİB Gəncədəki qəzada xəsarət alanlarla bağlı məlumat yaydı

Aprelin 3-də saat 23:40 radələlərində 3 nəfər (1 kişi cinsli, 2 qadın cinsli) təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, 2006-cı il təvəllüdlü şəxs (qadın cinsli) Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub. Ona başın çapılmış yarası diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
2 nəfər isə Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1999-cu il təvəllüdlü şəxsə (qadın cinsli) sağ göz altının hematoması diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Alın nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilən 1993-cü il təvəllüdlü şəxsə (kişi cinsli) zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.
Tovuzda "Chevrolet" işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTOLAR
Kürdəmirdə qadın sürücü "Prado"nu aşırdı, xəsarət alanlar var - FOTOLAR
Nərimanovda motosiklet maşına çırpıldı
Marneulidə toy karvanında qəza - 3 nəfər ÖLDÜ - FOTO
Sürücü 91 yaşlı qadını vurub öldürdü – “Görmədim, tələsirdim” dedi - VİDEO
Paytaxtın mərkəzində iki avtomobil toqquşub - VİDEO
Prospektdə ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
Qubada 3 maşın toqquşdu, biri aşdı - VİDEO - YENİLƏNİB
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO











