TƏBİB Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yayıb
Qəzalar 22 Sentyabr 2022 21:30 Oxunub 648
TƏBİB  Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yayıb

TƏBİB Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yayıb.

Avtosfer.az TƏBİB-ə istinadən xəbər verir ki, baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Qeyd edək ki, Şabran rayonunun Aygünlü kəndi ərazisində mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Faktla bağlı araşdırmalar davam etdirilir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh