Təcili yardım maşını qəzaya uğrayıb - 2 hərbçi yaralanıb

Gəncə-Daşkəsən yolunda VAZ -2107" markalı avtomobillə təcili yardım maşınının toqquşması zamanı xəsarət almış şəxslərdən birinin şəxsiyyəti müəyyənləşib. Bu, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü sürücü Məmmədov Cavid Tofiq oğludur. O, Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya yerləşdirilib. Hadisə zamanı xəsarət almış hərbçilərdən biri Ağayev soyadlı Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçudur (MAXE). Onun vəziyyətinin ağır olduğu bildirilir. Xəsarət almış digər hərbçinin vəziyyəti isə normaldır. Qəzaya uğramış təcili yardım maşını Göygöl Rayon Mərkəzi Xəstəxanasına məxsusdur.
***
Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə saat 22:20 radələrində baş verib. Belə ki, "VAZ -2107" markalı avtomobillə təcili yardım maşını toqquşub. Qəza zamanı "VAZ -2107" avtomobilinin sürücüsü və 2 hərbçi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












