Banner

Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO

Qəzalar 18 Noyabr 2026 18:30
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda qeyri-adi qəza hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində təcili tibbi yardım maşını döngədə yolun kənarında içərisində sürücü və sərnişin olan “Changan”a çırpılıb.

Qəzanın maraqlı tərəfi odur ki, “Medistyle Hospital”a məxsus təcili tibbi yardım avtomobilinin içində xəstə əvəzinə tikinti materialları daşınırmış. Videodan da bu aydın şəkild görünür.

Şahidlərin sözlərinə görə, “Changan”dakı sərnişin təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün başı avtomobilin ön alın şüşəsinə çırpılıb və xəsarət alıb.

Səfər

bax.tvhttps://bax.tv/embed/228982.html

 

 

Oxunub : 326
ŞƏRH YAZ
Ad

E-mail

Şərh