Banner

Təhlükəli manevr edən "Prius" sürücüsü hasarı uçurdu; "VAZ" son anda.. - ANBAAN VİDEO

Qəzalar 13 Yanvar 2026 17:30
Təhlükəli manevr edən "Prius" sürücüsü hasarı uçurdu; "VAZ" son anda..   - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Astarada baş verən yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri müşahidə kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisənin videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq yaşayış evinin hasarına çırpılıb.

Kadrlardan göründüyü kimi, qəza baş verməzdən əvvəl o, qarşı istiqamətdən gələn “VAZ-2107” markalı avtomobil üçün təhlükəli vəziyyət yaradıb. “VAZ”ın sürücüsü toqquşmadan yayınmaq məqsədilə təcili tormozlama edib və bu zaman nəqliyyat vasitəsi qısa müddətə idarəetmədən çıxıb. Lakin sürücü nəqliyyat vasitəsinə yenidən nəzarəti bərpa edərək baş verə biləcək qəzadan xilas olub.

Nərmin

Oxunub 498
ŞƏRH YAZ
Ad

E-mail

Şərh