Təhlükəsizlik kəməri taxmayan sərnişin maşının ön alın şüşəsinə çırpıldı – ANBAAN VİDEO

Elektriklə işləyən avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədən sürət testi aparan şəxslərdən biri qəfil əyləc zamanı ciddi təhlükə ilə üzləşib.
Avtosfer.az xəbər verir ki, iki nəfərin olduğu yeni elektrik avtomobilində sürücülərdən biri təhlükəsizlik kəmərini taxmadan nəqliyyat vasitəsinin sürətini yoxlamaq istəyib. Avtomobil yüksək sürətə çatdıqdan sonra sükanda əyləşən şəxs qəfil əyləcə basıb. Bu zaman sərnişin kəmərdən istifadə etmədiyi üçün ön alın şüşəsinə çırpılıb. Güclü zərbənin təsirindən avtomobilin ön şüşəsi qırılıb.
Hadisənin görüntüləri mobil telefon vasitəsilə qeydə alınıb və qısa zamanda sosial şəbəkələrdə geniş yayılaraq ciddi müzakirələrə səbəb olub. İzləyicilər hadisəni təhlükəsizlik kəmərinin əhəmiyyətini göstərən canlı nümunə kimi qiymətləndiriblər.
Paylaşılan videonun altında “səhlənkarlığın bədəli ağır ola bilər”, “təhlükəsizlik kəməri həyat xilas edir” kimi şərhlər yazılıb. Mütəxəssislər isə bir daha sürücü və sərnişinləri hərəkətə başlamazdan öncə təhlükəsizlik kəmərindən istifadə etməyə çağırıblar.
Qeyd edək ki, təhlükəsizlik kəməri nəqliyyat vasitəsində ən vacib qoruyucu vasitələrdən biri olaraq, qəza zamanı ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır.
Eltac Zülfüqaroğlu
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












