Tehranda avtobus 7 nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
Qəzalar
16 İyul 2026 22:24

Tehranda baş verən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Tehran Yanğınsöndürmə Xidməti məlumat yayıb. Bildirilib ki, texniki nasazlıq səbəbindən yolun kənarında dayanmış avtobus naməlum səbəbdən qəfil hərəkətə başlayıb. Avtobus qısa məsafə qət etdikdən sonra 5 motosiklet və 2 minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 6 nəfər xəsarət alıb, motosikletlərdən biri isə yanıb. Tehran Yanğınsöndürmə Xidmətinin məlumatına əsasən, hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra sürətli avtobusların hərəkəti bərpa olunub və marşrut üzrə nəqliyyatın hərəkəti fasiləsiz davam edir. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.
Oxunub : 528
DİGƏR XƏBƏRLƏR
26 Oktyabr 2026 16:30
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
26 Oktyabr 2026 15:30
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
26 Oktyabr 2026 14:30
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
26 Oktyabr 2026 14:00
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
26 Oktyabr 2026 13:53
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
26 Oktyabr 2026 10:53
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
25 Oktyabr 2026 11:51
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
25 Oktyabr 2026 09:51
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
24 Oktyabr 2026 23:30
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
23 Oktyabr 2026 16:33
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
23 Oktyabr 2026 15:11
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
22 Oktyabr 2026 18:18
Gəncədə ağır qəza: Üç yaralı
ŞƏRH YAZ












