Avtosfer.az | Reklam
Təkəri partlayan “ŠKODA” TIR-la toqquşdu: 2 ölü, 3 yaralı - FOTO
Qəzalar 21 Yanvar 2020 14:12 Oxunub 624
Təkəri partlayan “ŠKODA” TIR-la toqquşdu: 2 ölü, 3 yaralı - FOTO
Faktla bağlı araşdırmalara başlanılıb

Türkiyənin Qaziantep vilayətində minik avtomobilinin və TIR-ın iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Nurdağı - Qaziantep trasının 7-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, Məhəmməd Elcüneyd (39) idarə etdiyi 79 AAD 579 qeydiyyat nişanlı “ŠKODA” markalı minik avtomobillə, qabaq təkərinin partlaması səbəbindən sükan idarəetməsini itirərək əks zolağa çıxıb və qarşıdan gələn Əhməd D.-nin idarə etdiyi 33 BYL 86 qeydiyyat nömrə nişanlı TIR-la toqquşub. Zərbənin şiddətindən sürüklənən minik avtomobili dəmir arakəsmələrə çırpılaraq deformasiyaya uğrayıb.

Nəticədə maşının sürücüsü Məhəmməd Elcüneyd (39) və 3 yaşlı oğlu Hüsam Elcünryd hadisə yerində vəfat ediblər. Həyat yoldaşı Aliyə Haffar (38), oğulları Əli və Hazim Elcüneyd xəsarətlər alıblar. Yaralılar, qəza yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 


2-20200121112602.jpg

1-698.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh