Təkəri partlayan mikroavtobus səkidə dayanan piyadanı vurdu – DYP-dən XƏBƏRDARLIQ - VİDEO

Bu gün, səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, ilkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub.
Hadisə nəticəsində piyada xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd edir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












