Tələsən sürücü maşını qatarın altına atdı - VİDEO
Qəzalar
24 Mart 2022 16:28
Oxunub 2510

Tələsən sürücü qatarla toqquşub.
Hadisə Kambocanın paytaxtı Pnom Pen yaxınlığında baş verib. Avtosfer.az-ın xəbərinə görə, dəmiryolu keçidinə yaxınlaşan avtomobil sürəti azaldır, sonra isə fikrindən daşınaraq son saniyələrdə keçiddən keçir.
Onun arxasında gələn avtomobil də yolu keçmək istəsə də, artıq gec idi. Qatar onu vurub relslərdən kənara atır. Hadisə vaxtı heç kim xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













