Təlim maşını ilə qəza törədən xanım sürücü qaçıb getdi - VİDEO
Qəzalar
29 Sentyabr 2023 11:00
Oxunub 6300

Manevr qaydasını pozan sürücü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Tbilisi prospektində baş verib. Belə ki, 77-FE-392 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin xanım sürücüsü sağ zolaqdan sola manevr edərək geriyə dönmə yerinə daxil olub. Bu zaman düzünə hərəkət edən nəqliyyat vasitəsinin önünə keçərək qəzaya səbəb olub. Daha sonra isə heç nə olmamış kimi yoluna davam edib.
Videogörüntüdən də aydın şəkildə görünür ki, avtomobilin arxa şüşəsinə "Təlim" tanınma nişanı yapışdırılıb. Buradan məlum olur ki, həmin avtomobil sürücülük təlimi üzrə fəaliyyət göstərir. Sükan arxasında olan xanımın isə tələbə qismində olması güman edilir.
Leyla
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













