Təmir zamanı ustanın başına avtomobil diski düşüb - Göygöldə

Göygöl rayonunda təmir zamanı avtomobil ustasının başına maşın diski düşərək ağır yaralanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ağır yaralanan ustanı Bakıdakı xəstəxanaların birinə aparılması gözlənilir.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a bildirilib ki, rayonun Xaqani kənd sakini, 1984-cü il təvəllüdlü İlham Həsənov ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya gətirilib: "Yaralıya həkimlər tərəfindən tibbi xidmət göstərilib və onun vəziyyəti ağır olaraq qalır. Günün ikinci yarısından sonra vəziyyətində yaxşılığa doğru irəliləyiş olmasa, Bakıda yerləşən xəstəxanalardan birinə göndəriləcək".
Yaxınlarının bildirdiklərinə görə, İ.Həsənov avtomobil ustasıdı və həyətlərində "Qazel" markalı avtomaşını təmir edərkən ehtiyatsız davranıb və avtomobilin diski onun başına düşüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsindən (RPŞ) araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












