Tərtər İH-nin əməkdaşları qəzaya düşdü - YENİLƏNİB

Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəməsindən qayıdarkən - mayın 6-da Hacıqabul rayonu ərazisində qəzaya düşüblər.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, yağışlı hava şəraitində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan Tərtər rayon Umudlu kənd ərazi nümayəndəsinin müavini Qurbanzadə Bəhruz Aprel oğlu, Qızıloba kənd ərazi nümayəndəsinin müavini Əliyeva Rübabə Cavanşir qızı, Çaylı kənd ərazi nümayəndəsinin müavini Abdullazadə Anar Allahverən oğlu, həmçinin, Əzimova Zəminə Məhəmməd qızı, Tahirova Kəmalə Sabir qızı, Aslanova Ləman, Ələkbərova Vüsalə və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşının oğlu Paşayev Ziya Zabil oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Baş vermiş hadisə zamanı xəsarət alan B.Qurbanov, A.Abdulllazadə, K.Tahirova, Z.Əzimova Tərtər Rayon Mərkəzi Xəstəxanasına təxliyə edlib. Digər xəsarət alan Rübabə Əliyevanın vəziyyəti ağır olduğundan Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan şəxslərə isə yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
***12:11
Hacıqabulda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, qəzaya düşənlər Tərtər İcra Hakimiyyətinin işçiləridir.
Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər İcra Hakimiyyətinin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı işçilər xəsarət alıblar.
Qəza zamanı zərərçəkmişlər hazırda Şirvan xəstəxanasında müalicə olunurlar. Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.
Gəncədə ağır yol qəzası baş verdi - Evakuator "Mercedes"in üstünə çıxdı - FOTO
Orta yaşlı qadın sürücü 70 yaşlı qadını vurub yerə çırpdı - VİDEO
Kürdəxanıda “Renault” və “Khazar” toqquşaraq yararsız hala düşdü - VİDEO
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO










