Banner

Tərtərda qəza - 3 nəfər xəstəxanalıq oldu - YENİLƏNİB

Qəzalar 28 Dekabr 2025 13:10 Oxunub 258
Tərtərda qəza - 3 nəfər xəstəxanalıq oldu   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 28.12.2025-ci il tarixdə saat 10:50-də Tərtər rayonunun İlxıçılar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1971-ci il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi diaqnozu, 1993-cü il təvəllüdlü şəxsə isə döş qəfəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.



***11:53
Tərtərdə iki minik avtomobilinin iştirakı ilə qəza baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub. 

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh