Tərtərda qəza - 3 nəfər xəstəxanalıq oldu - YENİLƏNİB

Tərtərdə baş verən qəzada yaralananların kimliyi bəlli olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, onlar 1971-ci il təvəllüdlü Rafiq Piraslan oğlu Zalov və 1974 -cü il təvəllüdlü Zəminə Fərman qızı Zalovadır.
***13:10
Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 28.12.2025-ci il tarixdə saat 10:50-də Tərtər rayonunun İlxıçılar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1971-ci il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi diaqnozu, 1993-cü il təvəllüdlü şəxsə isə döş qəfəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***11:53
Tərtərdə iki minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub.
Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO











