Tərtərdə ağır qəza: ölən və yaralananlar var - FOTO

Tərtər rayonunda baş verən ağır yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub. Qəzada "VAZ - 21099" markalı avtomobilin sürücüsü 33 yaşlı Tehran Hüseynov və “Mercedes”də olan sərnişin 76 yaşlı Rəfiqə Kazımova hadisə yerində keçinib. Hadisə zamanı hər iki avtomobildə olan 4 sərnişin - 41 yaşlı Nofər Qurbanov, 16 yaşlı Elşən Baxşəliyev, 46 yaşlı İsaq Kazımov və 35 yaşlı Mənsurə Qurbanova ağır bədən xəsarətləri alıb. Yaralılar ilk olaraq Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsələr də, vəziyyətləri ağır olduğu üçün Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
***
Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı "VAZ 21099" markalı avtomobilin sürcüsü və sərnişini ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Baş verən yol qəzasında ölən və yaralananların hələlik şəxsiyyəti məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO


















