Tərtərdə ağır yol qəzası - 3 nəfər ölüb - FOTO - VİDEO

Tərtərdə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonunu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza "OPEL" markalı minik maşını ilə "KamAZ" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb. Faktla bağlı araşdırma başlanıb.
***
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün saat 18:00 radələrində, Ağcabədi - Hindarx avtomobil yolunun Düyərli kəndi ərazisindən keçən hissəsində Zaur Məmmədovun idarə etdiyi “Kamaz” markalı və Ramil Mustafayevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Opel” markalı avtomobilinin sürücüsü və iki sərnişini - Həbib və Vidadi Quliyevlər hadisə yerində həyatlarını itiriblər. Fakt üzrə cinayət işi başlanıb. Araşdırma aparılır.
***
Tərtərdə baş verən yol-nəqliyat hadisəsində ölənlərdən ikisi ata-oğul olub. Məlumata görə, 1974-cü il təvəllüdlü Quliyev Həbib və onun oğlu 1998-ci il təvəllüdlü Quliyev Vidadi qəza zamanı hadisə yerində ölüblər. Ölən digər şəxs “Opel” markalı avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Mustafayev Ramin Nurəddin oğlu olub.


Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











