Tərtərdə mikroavtobus yolu keçən piyadanı vuraraq öldürüb
Qəzalar
23 Yanvar 2018 12:37
Oxunub 914
Nəticədə piyada hadisə yerində ölüb
Tərtərdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 22-də saat 20.00 radələrində Tərtər rayonunun Qaradağlı kəndində rayon sakini Məhəmməd Əhmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Firdovsi Məmişovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR