Tərtərdə yük avtomobilləri toqquşub: xəsarət alanlar var - FOTO

Tərtər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Düyrəli kənd sakini, 1995-ci il təvəllüdlü Pənahlı Fərid Vidadi oğlunun idarə etdiyi "KaMAZ" markalı yük maşını ilə Ağdam rayon sakini, 1958-ci il təvəllüdlü Sarıyev Rizvan Sarı oğlunun idarə etdiyi "Zil" yük avtomobili toquşub. Nəticədə "Zil" yoldan cıxaraq aşıb, "KaMAZ" isə idarəetməni itirərək yol kənarında olan ağaca cırpılıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılardan biri – Rizvan Sarıyev Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər yaralı F.Pənahlı isə xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ


















