Təyyarə qəzası ilə bağlı iddia: Pilotun səhvindən olub

İlkin ehtimala əsasən, Bişkek yaxınlığında təyyarə qəzası pilotun səhvindən baş verib. Avtosfer.az trend-ə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan Baş nazirinin müavini Məhəmmədkali Abulqaziyev deyib. Digər qırğız rəsmilər "Reuters"ə açıqlamalarında qəza zamanı ərazidə qatı duman olduğunu bildiriblər. Təyyarənin məxsus olduğu aviaşirkətin açıqlamasında isə qəzaya səbəb kimi texniki problemlər göstərilir. Qeyd edək ki, Qırğızıstan Prezidenti Almazbek Atambayevin Çinə səfərini təxirə saldığı bildirilir. Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfər həlak olub.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












