Təyyarə qəzası ilə əlaqədar yeddi günlük matəm elan edilib

Koreya Respublikası prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş nazirin müavini Çxve San Mok Muanda baş verən təyyarə qəzası ilə əlaqədar yeddi günlük milli matəm elan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Matəm bu gündən başlayaraq şənbə günü gecəyarısına qədər davam edəcək.
"Çxve San Mok bazar günü ən azı 177 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar milli matəm elan edib. İki nəfər hələ də itkin düşmüş hesab olunur", - onun dəftərxanasından bildirib.
Qeyd olunur ki, bu bəyanat Cənubi Koreyanın cənub-qərbindəki Muan rayonundakı hava limanında 181 sərnişin daşıyan təyyarənin məcburi eniş edərək partlamasından bir neçə saat sonra keçirilən təcili iclasda verilib.
"Bu faciədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz həlak olanların ailələrinə dəstək olacaq və yaralılara tibbi yardım göstərəcəyik", - Ç.Mok bildirib.
O, müvafiq qurumlara avadanlıq, personal və infrastruktur da daxil olmaqla bütün mövcud resursları səfərbər etməyi tapşırıb.
(report)
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












