Təyyarə qəzası nəticəsində 3 nəfər ölüb

Avstraliyanın şərq sahilində, Şellharbur hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Yeni Cənubi Uels ştatının polisi 3 nəfərin öldüyünü bildirib.
Məlumata görə, qəza yerli vaxtla səhər saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 3:00) Şellharbur hava limanı yaxınlığında (Sidneydən 100 km cənubda yerləşir) baş verib. "Yüngül təyyarənin qəzaya uğraması xəbərini aldıqdan sonra xilasetmə xidmətləri hadisə yerinə gəlib. Təyyarə hava limanından qalxdıqdan dərhal sonra yerə çırpılıb və zərbədən sonra alovlanıb", - polis bildirib və qəza nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











