Təyyarə qəzasında 25-i uşaq olmaqla 27 nəfər ölüb
Qəzalar
22 İyul 2025 09:28

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub. Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Sayedur Rəhman keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, ölənlərin 25-i uşaqdır: “Ölənlərdən bəzilərinin şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunur. 170-dən çox insan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara çatdırılıb. Biz tibbi yardım göstərmək üçün mümkün olan hər şeyi etməyə davam edirik. Bununla belə, bəzi xəstələrin vəziyyəti son dərəcə ağır olaraq qalır”. Qeyd edək ki, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI təlim təyyarəsi Dəkkənin Uttara bölgəsində kollec şəhərciyində qəzaya uğrayıb.
Oxunub : 568
DİGƏR XƏBƏRLƏR
14 Noyabr 2026 14:45
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
14 Noyabr 2026 13:20
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
14 Noyabr 2026 12:20
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
14 Noyabr 2026 09:00
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
13 Noyabr 2026 23:47
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
13 Noyabr 2026 23:15
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
13 Noyabr 2026 21:11
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
13 Noyabr 2026 20:12
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
13 Noyabr 2026 17:30
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
13 Noyabr 2026 17:18
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
13 Noyabr 2026 13:23
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
13 Noyabr 2026 10:41
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
ŞƏRH YAZ












