Təyyarə qəzasında biznesmen və həyat yoldaşı HƏLAK oldu

An-24 təyyarə qəzasında həyat yoldaşı ilə birgə həlak olan biznesmen yubiley üçün səfər edirmiş.
Tında yaxınlığında baş verən Rusiyaya məxsus An-24 təyyarə qəzasında biznesmen Aleksandr Məmmədov və onun həyat yoldaşı həlak olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, cütlük evliliklərinin 10 illiyini – “qalay toyunu” qeyd etmək üçün istirahətə gedirmiş.
Məlumata görə, Aleksandr Məmmədov Amur vilayətində mağaza sahibi idi. O, həyat yoldaşı Yelena ilə təxminən 10 il əvvəl bir bərbərxanada tanış olmuş və bir-birlərinə aşiq olmuşdular.
Hər ikisinin ikinci nikahı idi və əvvəlki evliliklərindən bir uşaq var idi. Yelena həmin bərbərxanada işini davam etdirirdi — sevdiyi insanla tanış olduğu yerdən ayrılmamışdı.
Ailənin yubiley arzusu ağır faciə ilə nəticələnib. Onların qəzada həlak olduqları barədə yaxınları ilk olaraq xəbər portallarından öyrənib.
Qeyd edək ki, Amur vilayətində radardan itən An-24 təyyarəsi qəzaya uğrayıb. lkin məlumata görə təyyarənin göyərtəsində olan 49 nəfər həyatını itirib.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












