Təyyarə səmada partlayıb – İDDİA

Radarlardan itmiş "EgyptAir" aviaşirkətinə məxsus təyyarə Aralıq dənizinə düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Mayadin” telekanalına “Egyptair” aviaşirkətindəki mənbələr bildirib.
Misir Aviasiya Nazirliyindən qeyd edirlər ki, laynerin ölkənin sahilindən 280 kilometr uzaqlıqda qəzaya uğradığı ehtimal edilir. “El-Vafd” portalı isə bildirir ki, Parisdən Qahirəyə uçan təyyarə Yunanıstanın hava məkanına daxil olduqdan iyirmi dəqiqə sonra radarlardan yoxa çıxıb. Təyyarə sonuncu dəfə radarlardan itəndən on dəqiqə əvvəl aeroxidmətlə əlaqəyə çıxıb.
Misir Aviasiya Nazirliyindən bildirirlər ki, laynerdən qəza siqnalları almayıblar. Həmçinin Parisə uçuş zamanı ekipaj texniki problemlərdən şikayətlənməyib.
“Haaretz” portalı bildirir ki, yunan adalarının sakinləri səmada partlayışı görüblər.
“SkyNews Arabi” peyk telekanalının məlumatına görə, 2013-cü ildə həmin təyyarə texniki nasazlığa görə məcburi eniş edib. Daha sonra mütəxəssislər mühərriklərdən birinin normadan artıq qızdığını bildiriblər.
Son məlumatlara görə, laynerdə 56 sərnişin (onlardan üçü uşaqdır) və 10 ekipaj üzvü olub.
“SkyNews Arabia” telekanalının xəbərində deyilir ki, təyyarədə Misir, Səudiyyə Ərəbistanı, Fransa, Böyük Britaniya, Portuqaliya, Belçika, Kanada, Küveyt, Sudan, Çad, Əlcəzair və İraq vətəndaşları olub.
“EgyptAir” hava gəmisinin itkisi haqqında siqnaldan dərhal sonra vəziyyətin izlənilməsi üçün təcili operativ qərargah yaradıb. Qərargaha bütün aviasiya xidmətlərinin nümayəndələri daxil edilib. Aviaşirkətdən bildirirlər ki, artıq xilasedicilər təyyarənin düşdüyü güman edilən əraziyə çatıblar.
İtən A-320 2003-cü ildə istehsal edilib. Onu təcrübəli ekipaj heyəti idarə edirdi. Təyyarənin komandirinin 6275 saat, onun köməkçisinin isə 2766 saat uçuş təcrübəsi var.
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO










