Təyyarə yaşayış evinin üzərinə düşdü: 37 ölü – FOTO+VİDEO

Türkiyə təyyarəsinin Qırğız Respublikasının paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfər çatıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib. Ölkənin Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən “ACT” Hava Yolları yükddaşıma şirkətinə aid olduğu bəyan edilib. Qırğız Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş.
*** 08:45
"Türkiyə Hava Yolları"na məxsus "Boeing 747" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə ölkənin baş nazirinin müavini Məhəmmədkalıy Əbülqazıyev məlumat verib.
Ölənlərdən 28 nəfəri yerli sakin, 4 nəfəri təyyarənin heyət üzvləridir.
***08:10
"Türkiyə Hava Yolları"na məxsus "Boeing" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Bu barədə Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliyevə istinadən "AKİpress" məlumat yayıb.
***07:13
"Turkish Airlines" aviaşirkətinə məxsus "Boeing 747" tipli yük təyyarəsinin Bişkekdə yaşayış evlərinin üzərinə düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən "Kabar" agentliyi məlumat yayıb. Məlumata görə, təyyarə təqribən 15 yaşayış evinin üzərinə düşüb. Ölənlər arasında 6-sı uşaq olmaqla 17 yerli sakin, həmçinin 3 heyət üzvü olub.
***
"Reuters"in Qırğızıstan hökumətinə istinadən verdiyi xəbərə görə, ölkənin Çuys vilayətində "Boeing 747" tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 16 nəfər ölüb.
***06:41
Honkonqdan gələn "Turkish Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb.
Bu barədə RİA "Novosti"yə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin Böhranlı Vəziyyətlərin İdarəolunması İdarəsinin rəisi Məhəmməd Svarov məlumat verib.
"Yük təyyarəsi hava şəraitinin pis olması səbəbindən Manas hava limanında eniş edərkən qəzaya uğrayıb. Təyyarənin düşdüyü ərazidə bağ sahəsində yerləşən iki ev yanır", - deyə həmsöhbət bildirib. Qəza Bakı vaxtı ilə 5:31-də baş verib. Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Heyət üzvlərinin aqibəti məlum deyil. Svarovun sözlərinə görə, təyyarədə iki pilot və texniki işçilərdən ibarət heyət üzvü olub. Hava limanı işini adi qaydada davam etdirir.
TASS təyyarənin İstanbul-Bişkek marşrutu üzrə hərəkət etdiyini yazır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ

























