Təyyarənin düşdüyü binanın dağıntıları altından 11 nəfər sağ xilas edilib

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Manas beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayan yük təyyarəsinin düşdüyü binanın dağıntıları altından 11 nəfər sağ çıxarılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Yelena Bayalinova bildirib. Onun sözlərinə görə, hadisə yerindən 31 nəfərin meyiti və insan bədəninə aid 9 hissə aşkar edilib. Qeyd edək ki, səhər saatlarında Honk-Konq- Bişkek-İstanbul marşrtu üzrə uçan yük təyyarəsi qəzaya uğrayaraq, yaşayış binasının üzərinə düşüb. Nəticədə 37 nəfər ölüb.
Məlumata görə, təyyarə düşən kəndin rəsmi adı Daça-Suudur. 1986-cı ildə orada “Aeroflot” adlı bağ evləri tikilib. Hazırda kənddə 265 ailə yaşayır. Ümumilikdə Daça-Suuda 425 bağ yeri var. Xəbərdə bildirilib ki, kənd “Manas” hava limanının qərbində yerləşir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












