Təyyarənin qəzaya uğramasının səbəbləri müəyyənləşdi

Rusiya Müdafiə Nazirliyinin ekspertləri Qara dəniz üzərində qəzaya uğramış "Tu-154" təyyarəsinin qara qutularını oxuduqdan sonra aviaqəzanın səbəblərini söyləyə bilib. Onların fikrincə, faciəyə bir neçə amilin cəmi səbəb olub: uçuş zamanı şassi ilə qanad arxalığı idarəetmə dəstəyini qarışdıran ikinci pilotun səhvi və təyyarənin həddindən artıq yüklənməsi. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, istintaqın gedişatı ilə tanış olan mənbənin dediklərinə görə, ekspertlər qəzada məhz insan amilinin başlıca səbəb olduğunu düşünürlər. Mənbə uçuşun 3-cü dəqiqəsində, layner dəniz səviyyəsindən 450 metr yüksəklikdə olarkən sabitlik sistemi sensorlarının işə düşdüyünü bildirib: "33 yaşlı kapitan Aleksandr Rovenski şassi idarəetmə dəstəyinin əvəzinə qanad arxalığı idarəetmə dəstəyini bağladığından təyyarə qəfildən yüksəkliyi itirməyə başlayıb. Ekipaj layneri yenidən yerə qaytarmağa çalışsa da, bunu bacarmayıb".
Bununla yanaşı, Rusiya KİV-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi yazılanları təkzib edərək, istintaqın hələ davam etdiyini açıqlayıb.
Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının (Birinci, NTV və "Zvezda") 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










