Ticarət mərkəzinə gedən yolda zəncirvari qəza baş verib, yaralılar var - FOTO

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan “Sədərək” ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib. Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər - 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.
Səhər saatlarında paytaxtın Yasamal rayonundan “Sədərək” ticarət mərkəzinə gedən magistral yolda baş vermiş qəzanın bəzi təfərrüatları məlum olub. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, ilkin versiyaya görə, qəza şəraitini “Lexus” markalı avtomobilin sürücüsü Rüfət Qulu oğlu Əliyev yaradıb. Ümumilikdə, qəza zamanı "Lexsus", "Hyundai", "Opel" və iki ədəd "Kia" markalı avtomobillər toqquşub.
Yasamal Rayon Polis İdarəsində artıq hadisəni törədən sürücünün ilkin izahatı alınıb. Təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












