Tikinti kranı aşdı: ölən və yaralananlar var - VİDEO

ABŞ-ın göydələnlər şəhəri Nyu-Yorkda tikintidə istifadə edilən nəhəng kran küçəyə aşıb. Nəticədə əzilən bir avtomobildə 1 nəfərin öldüyü, 2 nəfərin də xəsarət aldığı dəhşətli anlar kameraya düşüb. Nyu-York şəhərinin biznes və göydələnlər bölgəsi Manhattanda tikintidə istifadə edilən kran böyük bir gurultu ilə küçənin ortasına aşıb. Həmin anlar kameraya düşüb. Hadisə yerli vaxtla səhər saat 08.25-də baş verib. Bu zaman bölgədə qarlı və küləkli hava hökm sürüb. kran bir neçə saniyə yavaş-yavaş əyilib, sonra isə sürətlə yerə çırpılıb. Nəticədə küçədə dayanmış xeyli avtomobil əzilib. Nəhəng kranın küçəyə aşması nətisəndə 1 nəfər ölüb, 2 nəfər də xəsarət alıb. Ölən və xəsarət alanlar hadisə zamanı kranın üzərinə aşdığı bir avtomobildə olublar.
Nyu York meri Bill de Blasio, bu qədər böyük hadisədə cəmi 1 nəfərin ölməsini təsəlli kimi qoymətləndirib. Onun sözlərinə görə küləyə görə operator qəzadan əvvəl kranın yüksəkliyini azaltmağa çalışıb. Bu isə qəzaya yol açıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












