Banner

“TIR”ın altına girən “Mercedes”in damı qopdu, 19 yaşlı sürücü öldü - VİDEO

Qəzalar 11 Avqust 2023 21:11 Oxunub 1154
“TIR”ın altına girən “Mercedes”in damı qopdu, 19 yaşlı sürücü öldü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gürcüstanın Poniçala (Soğanlı) kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, dəhşətli qəza dünən səhər saatlarında qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil “TIR”la toqquşub. Hadisənin baş verməsinə səbəb “Mercedes”i idarə edən şəxsin yüksək sürətlə hərəkət edərək ötmə əməliyyatını etməsi bildirilir. Nəticədə sürət həddini aşan sürücü “TIR”a çırpıb. Yük maşınının altına girən “Mercedes”in üst hissəsi tamamilə qopub, Azərbaycan vətəndaşı olan 19 yaşlı sürücü isə xəstəxanada keçinib. Avtomobildə olan xanım sərnişin ağır xəsarətlər alıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh