Tıxacda böyük qəza: 17 yaralı

Taylandda idarəetməni itirən yük maşınının tıxacda dayanan avtomobillərə çırpılması nəticəsində 17 nəfər xəsarət alıb.
Avtosfer.az cebhe.info-ya istinadən xəbər verir ki, Taylandın paytaxtı Banqkok şəhərindəki əsas Kançanapisek şossesində dünən axşam saatlarında baş verən qəzada idarəetməni itirən yük maşını tıxacda dayanan avtomobillərə çırpılıb.
Ümumilikdə 16 avtomobilin zədələndiyi qəzada vəziyyəti ağır olanlar da daxil olmaqla 17 nəfər yaralanıb.
Yaralılar ətraf xəstəxanalara çatdırılıb.
Kamera görüntülərindən yük maşınının əvvəlcə hərəkətdə olan digər avtomobilləri vurduğu, daha sonra yan yola manevr edərək dayanmağı bacardığı görünür.
Qəzadan sonra zədələnən 16 nəqliyyat vasitəsi və yük maşını magistral yolun uzun müddət bağlanmasına və kilometrlərlə tıxaca səbəb olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












