“Torqovıda” qəza: Yarışa çıxan “BMW”lər altı avtomobili və 7 piyadanı əzdi – FOTO + YENİLƏNİB

Martın 18-nə keçən gecə Bakının mərkəzində, Xaqani küçəsi 86 ünvanın qarşısında ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Riyad Hənifəyev idarə etdiyi “BMW X6” markalı, 99 ER 888 dövlət nömrə nişanlı avtomobili yolun sağ kənarında dayanmış “Volsfagen Passat”, “BMW 520”, “Toyota Prado” və “Toyota RAV4” markalı avtomobillərə çırpıb. Hadisə vaxtı yolun kənarında dayanın İran vətəndaşları, 1996-cı il təvəllüdlü Əmirnicat Mehdi Yusif oğlu, 2014-cü il təvəllüdlü Əmirnnicat Nəfəs Mehdi oğlu, 1984-cü il təvəllüdlü Əkrəmi Nahid Abdulla qızı, 1969-cu il təvəllüdlü Sədai Əli Həsən oğlu, 1996-cı il təvəllüdlü Riyad Hənifəyev, 1981-ci il təvəllüdlü İlqar Həsənov, 1976-cı il təvəllüdlü Vasif Davudov müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Bildirilir ki, xəsarət alan İran vətəndaşlarından 2-sinin bədənində sınıqların olduğu məlum olub. Digər iki İran vətəndaşı isə kəllə-beyin travmaları alıb. Onlar yol kənarında dayanıblarmış. Bundan başqa əlavə olaraq yol kənarındakı 2 nəfər də yaralanıb. İran vətəndaşları Novruz bayramı ilə əlaqədar Bakı şəhərinə turist kimi gəliblərmiş.
09:18
Bakının Səbail rayonunda zəncirvari yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, apa-nın məlumatına görə, hadisə Xaqani küçəsində qeydə alınıb. Sürətlə hərəkətdə olan “BMW X6” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə yol kənarında dayanan 6 avtomobili əzib və işıq dirəyini aşırıb. Qəza zamanı 7 nəfər xəsarət alıb. Onlardan üçü İran İslam Respublikasının vətəndaşlarıdır. Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan üçünün vəziyyətinin orta ağır olduğunu bildiriblər. Digərlərinin xəsarətləri isə nisbətən yüngül olub. Verilən məlumata görə, hadisəni törədən “BMW X6”eyni markalı avtomobil ilə ötüşürmüş və qəza da bu zaman baş verib. Avtomobillər cərimə meydançasına aparılıb.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










