Banner

Tovuz və Abşeronda yol qəzaları iki nəfərin həyatına son qoydu - VİDEO

Qəzalar 2 Fevral 2022 00:51 Oxunub 1180
Tovuz və Abşeronda yol qəzaları iki nəfərin həyatına son qoydu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuzda yük maşını ilə minik avtomobili toqquşub. Hadisə ötən gün Tovuz-Qovlar avtomobil yolunda qeydə alınıb.

İsmət Məmmədovun idarə etdiyi yük avtomobili ilə Vüqar Sadıqovun idarə etdiyi  minik maşını toqquşub. Nəticədə minik maşınının  sürücüsü aldığı xəsarətlərdən Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Abşeron rayonunda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Saray qəsəbəsində qeydə alınıb. Ərazidə yolu keçmək istəyən piyada Bibixanım  Babayevanı avtomobil vurub. 61 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh