Tovuza yağan qar qəzaya və tıxaca səbəb olub - FOTO
Qəzalar
16 Dekabr 2016 11:41

Hadisə Tovuzçay üzərindən keçən körpüdə qeydə alınıb
Tovuza yağan qar uzun tıxaca və yol qəzasına səbəb olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Tovuzçay üzərindən keçən körpüdə qeydə alınıb. İki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan olmasa da, maşınlar yararsız vəziyyətə düşüb.
Qəza Əyyublu kənd sakini Hafiz Əkbərovun irəlidə gedən yük maşını ilə toqquşmamaq üçün əyləci basması və avtomobilin sürüşərək qarşıdan gələn "Mercedes"ə çırpılması nəticəsində baş verib.
Hadisə Tovuzun girişində, avtomobillərin daha çox hərəkət etdiyi ərazidə qeydə alındığından, yolda bir müddət tıxac yaranıb. Qəzaya düşən maşınlar ərazidən götürüldükdən sonra yolda hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1294
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
ŞƏRH YAZ


















